Sabah yeniyetmə oğlanlardan ibarət cüdo yığmasının təlim-məşq toplanışı yekunlaşacaq.
İdman.biz xəbər verir ki, Bakıda təşkil olunan hazırlıqda 30 idmançı iştirak edir.
Ayın 19-da start götürən məşq prosesi Antalyada (Türkiyə) keçiriləcək Avropa kubokuna hazırlıq məqsədi daşıyır.
Qeyd edək ki, Avropa kuboku martın 2-3-də baş tutacaq.
İdman.biz