Azərbaycan cüdo millisinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçiriləcək "Qran-pri" turnirində iştirak edəcək heyəti açıqlanıb.
İdman.biz-in Avropa Cüdo Birliyinin (EJU) rəsmi saytına istinadən məlumatına görə, yığma yarışa 9 idmançı ilə yollanacaq.
Kişilərdə Əhməd Yusifov, Nazir Talıbov (hər ikisi 60 kq), Kəramət Hüseynov, Kamran Süleymanov (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq) və Uşanqi Kokauri (+100 kq) mübarizə aparacaqlar.
Qadınların yarışında isə Leyla Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq) və Südabə Ağayeva (70 kq) Azərbaycanı təmsil edəcəklər.
Qeyd edək ki, avqustun 18-20-si aralığında keçiriləcək "Qran-pri"yə 88 ölkənin cüdoçuları qatılacaq.
İdman.biz