Turan Bayramov: “Əlimdən gələni edəcəm ki, medalsız qalmayım”

Xəbərlər
18 May 2024 17:23
285
Turan Bayramov: “Əlimdən gələni edəcəm ki, medalsız qalmayım”

“Yarışa yüksək səviyyədə hazırlaşmışıq”.

Bunu İdman.bizə açıqlamasında Azərbaycan millisinin cüdoçusu Turan Bayramov (60 kq) deyib.

O, BƏƏ-nin paytaxtı Abu-Dabidə keçiriləcək dünya çempionatı öncəsi fikirlərini açıqlayıb. Bayramovun sözlərinə görə, mundial asan keçməyəcək: “Hər kəs bütün mübarizəsini ortaya qoyacaq. Amma nə olursa olsun, mən də yaxşı döyüşüb ən yaxşı nəticəni göstərəcəm”.

Bayramov bildirib ki, onun əsas məqsədi dünya çempionu olmaqdır: “Özümə inanıram və güvənirəm. Çalışacam ki, çempion olum. Bu alınmasa belə, əlimdən gələni edəcəm ki, medalsız qalmayım. Qələbə üçün məşqləri vaxtı-vaxtında edib, düzgün şəkildə qidalanmaq və yuxu rejiminə diqqət etməkdir. Mən də bütün bu proseslərə düzgün yanaşıram. Ona görə də inanıram ki, hər şey yaxşı olacaq”.

Qeyd edək ki, fərdi yarışlar mayın 19-23-də Abu-Dabidəki “Mubadala Arena”da keçiriləcək.

Banuçiçək Hüseynli
İdman.biz

Məqalədə: