Azərbaycanın gənc cüdoçulardan ibarət yığması Avropa kubokunu 4 medalla başa vurub.
İdman.biz xəbər verir ki, təmsilçilərimiz Avstriyanın Qrats şəhərində keçirilən turnirdə bu uğura imza atıblar.
81 kq çəki dərəcəsində Süleyman Şükürov ilk mərhələdən azad olub. O, Hristo Valkov (Boqlarıstan), Mahomed Xakimov (Ukrayna), Maksimiliano Sumomura (Braziliya) və Mihaylo Simini (Serbiya) mübarizədən kənarlaşdırıb. Təmsilçimiz finalda gürcü Luka Cavaxişviliyə qalib gələrək, çempion olub.
Eyni çəkidə yarışan Məmmədrza Hacızadə isə Cozef Lehinger (Almaniya) və İssa Naşçonu (Avstriya) məğlub etdikdən sonra 1/4 finalda Cavaxişviliyə uduzub. O, 3-cülük uğrunda Siminə uduzub.
Tuncay Şamil (90 kq) finalda mübarizə aparıb. Təmsilçimiz Seydi Güneş (Türkiyə), Ronald Proell (Avstriya) və Aleksandru Sibisana (Rumıniya) qalib gəlib. Yarımfinalda niderlandlı Floris Den Hartoqdan güclü olan Tuncay həlledici döyüşdə Kristian Miranda ilə yarışıb. Qələbə qazana cüdoçumuz Avropa kubokunda 1-ci yeri tutub.
Kənan Nəsibov (+100 kq) Avropa kubokunda finala kimi türkiyəli Talha Polat, amerikalı Aleks Semenenko və yaponiyalı Şuntaro Tezukaya qalib gəlib. Kənan həlledici görüşdə kanadalı Jon Bessonqa üzərində qələbə qazanaraq, qızıl medala sahib çıxıb.
Eyni çəkidə yarışan Ramazan Əhmədov isə bürünc uğrunda görüşdə Şuntaro Tezukanı məğlub edib.
Qeyd edək ki, Avropa kubokuna 13 idmançı ilə qatılan yığmamız ilk gündə medal qazana bilməyib.
İdman.biz