Cüdoçularımızın dünya reytinqində MÖVQEYİ

Xəbərlər
4 İyun 2024 10:19
555
Cüdoçularımızın dünya reytinqində MÖVQEYİ

Cüdo üzrə yeni dünya reytinqi açıqlanıb.

İdman.biz xəbər verir ki, “Marrakech African Open”dən sonra yenilənən siyahıda Azərbaycan cüdoçularının mövqeyində ciddi dəyişiklik olmayıb.

Dünya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) birinci pillədəki yerlərini qoruyublar. 60 kq çəki dərəcəsində Balabəy Ağayev 7-ci, 5 pillə geriləyən Turan Bayramov isə 17-ci yerdə qərarlaşıb. 11-ci olan Yaşar Nəcəfov (66 kq) 1 rəqibini özündən irəli buraxıb.

Avropa çempionu Elcan Hacıyev (90 kq) 18-ci pilləni tutur. Onunla eyni çəkidə yarışan Murad Fətiyev 13-cüdür. Uşanqu Kokauru (+100) isə sıralamada 17-ci pillədə yer alıb.

Qadınlar arasında Gültac Məmmədəliyeva (52) 19-cu, Leyla Əliyeva (48 kq) 24-cüdür.

İdman.biz

Məqalədə: