Paris-2024-dən imtina – Rusiya cüdoçularından QƏRAR

Xəbərlər
29 İyun 2024 00:12
717
Paris-2024-dən imtina – Rusiya cüdoçularından QƏRAR

Rusiya cüdoçuları Paris-2024 Yay Olimpiya Oyunlarında iştirak etməkdən imtina edib.

İdman.biz xəbər verir ki, Beynəlxalq Olimpiya Komitəsi (BOK) 4 rusiyalı cüdoçuya neytral bayraq altında çıxış etmək hüququ verib.

Rusiya Cüdo Federasiyasının prezidenti Sergey Soloveyçik Valeriy Endovitskiy, Maxmadbek Maxmadbekov, Elis Startseva və Dali Liluaşvilinin lisenziyadan imtina etdiklərini açıqlayıb. O, BOK-un qərarı ilə razılaşmadıqlarını bildirib.

Keçirilən yarışlardan sonra Rusiyanın 17 cüdoçusu Olimpiadada çıxış etmək hüququ qazanıb. Amma BOK bu idmançılardan yalnız 4-nə bu şansı tanıyıb. Bu qərarla barışmayan ruslar Parisə getməyəcəklər.

Qeyd edək ki, Olimpiya Oyunlarında cüdo yarışları iyulun 27-dən avqustun 3-dək davam edəcək.

İdman.biz