Yığmamız Avropada 6-cı olub

Xəbərlər
29 İyun 2024 20:36
75
Yığmamız Avropada 6-cı olub

Cüdo üzrə Azərbaycan yığması yeniyetmələrə arasında keçirilən Avropa çempionatını 6-cı pillədə başa vurub.

İdman.biz xəbər verir ki, təmsilçilərimiz Sofiyada keçirilən turnirdə 4 medal qazanıblar.

Komandamızın heyətində Bahadır Feyzullayev (50 kq) qızıl, Sübhan Axundov (+90 kq), Məhəmmədəli Hüsiyev (50 kq) ilə Cəsur İbadlı (73 kq) bürünc medal qazanıblar.

Avropa çempionatında ən yüksək nəticəyə Polşa yığması (2-2-0) imza atıb. Serbiya (2-0-2) ikinci, Almaniya (2-0-1) üçüncü yeri tutub.

İdman.biz