Cüdoçularımız komanda yarışlarında mübarizəni dayandırıb

Xəbərlər
30 İyun 2024 16:34
659
Cüdoçularımız komanda yarışlarında mübarizəni dayandırıb

Bu gün Bolqarıstanın paytaxtı Sofiyada yeniyetmə cüdoçular arasında Avropa çempionatında komanda yarışları keçirilib.

İdman.biz xəbər verir ki, çempionatda 17 ölkə medallar uğrunda mübarizə aparıb.

Azərbaycan komanda yarışlarında 11 idmançı ilə təmsil olunub. Yığmamızın ilk görüşdə uğursuz çıxış edib. Cüdoçularımız Niderland yığmasına 1:4 hesabı ilə uduzub.

Bundan sonra təsəlliverici görüşlərə qatılan yığmamız İtaliyaya (4:1) qalib gəlsə də, Polşaya uduzub (3:4).

Komandanın heyətində oğlanlarda Fərid Qarayev, Nihad Rəhimov (hər ikisi 60 kq), Mehdi Abbasov (81 kq), Əli Qazıməmmədov (90 kq), Eyvazlı Hüseyn və Sübhan Axundov (hər ikisi +90 kq), qızlarda Diana Eldarova, Nuranə Hacızadə (hər ikisi 48 kq), Aytən Verdiyeva, Vüsalə Hacıyeva (hər ikisi 63 kq) və Mələk Bayramlı (+63 kq) yer alıblar.

Qeyd edək ki, Azərbaycan yığması fərdi yarışlarda 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıb.

İdman.biz