Heydərov və Kotsoyev çempionluq nişanlarını alıblar

Xəbərlər
3 İyul 2024 11:08
583
Heydərov və Kotsoyev çempionluq nişanlarını alıblar

Beynəlxalq Cüdo Federasiyası (IJF) Abu-Dabidə keçirilən dünya çempionatının qaliblərinə xüsusi qırmızı nişanlar göndərib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) çempionluq nişanlarını qəbul ediblər.

Bu nişan kimononun arxasına cüdoçunun adı yazılmış qırmızı düzbucaqlıdan ibarətdir. Belə işarə idmançının dünya çempionu statusunu göstərir.

Beynəlxalq Cüdo Federasiyası tərəfindən atılan bu addım hazırkı titul sahiblərini fərqləndirməyə xidmət edir. Olimpiya çempionlarının kimonolarının arxasında isə fərqli nişan – qızılı rəngli düzbucaqlı olur.

İdman.biz