Paris-2024-ə doğru: Azərbaycan cüdosunda İLK

Xəbərlər
4 İyul 2024 11:58
163
Paris-2024-ə doğru: Azərbaycan cüdosunda İLK

Azərbaycan tarixində ilk dəfə iki cüdoçumuz Paris-2024 Yay Olimpiya Oyunlarına dünya reytinqinin lideri statusunda başlayacaq.

İdman.bizin xəbərinə görə, Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) Paris-2024-də “bir nömrə” kimi çıxış edəcək.

Hidayət mövsüm ərzində cədvəlin lideri olub. Zelim isə Abu-Dabidə dünya çempionu adını qazandıqdan sonra birinci yeri ələ keçirib.

Bu, tarixdə ilk belə hadisədir ki, Azərbaycan millisinin iki cüdoçusu Yay Oyunlarına dünya reytinqində lider kimi qatılacaq. Onlar yarışa hətta dünya çempionu statusunda başlayacaq.

İdman.biz