Cüdo məşqçilərimiz Yaponiyada peşəkar məşqçilik kursunda - FOTO

Xəbərlər
4 İyul 2024 15:17
90
Cüdo məşqçilərimiz Yaponiyada peşəkar məşqçilik kursunda - FOTO

6 azərbaycanlı cüdo məşqçisi iyunun 25-dən iyulun 3-dək Yaponiyanın paytaxtı Tokiodakı Kodokan İnstitutunda peşəkar məşqçilik kursu proqramında iştirak dib.

İdman.biz xəbər verir ki, 10 günlük kursda Kodokan İnstitutunun müəllimləri tərəfindən məşqçilərə müxtəlif kata və kodokan texnikaları öyrədilib.

Onlar institutda keçirilən təlim və məşğələləri müşahidə və iştirak etmək imkanı əldə ediblər.

Azərbaycan Cüdo Federasiyasının (ACF) təhsil üzrə meneceri Orxan Oruczadə Kodokan İnstitutunun rəhbər heyəti ilə gələcək təhsil fəaliyyəti və qarşılıqlı əməkdaşlığı müzakirə etmək üçün görüşlər keçirib.

ACF cüdo üzrə məşqçilərin ustalıq və təcrübələrini artırmaq üçün bu cür seminarlarda iştirakını gələcəkdə də dəstəkləyəcəkdir.

İdman.biz

Məqalədə: