Paris-2024: 121 ölkə, 370 cüdoçu

Xəbərlər
4 İyul 2024 22:18
226
Paris-2024: 121 ölkə, 370 cüdoçu

Beynəlxalq Cüdo Federasiyası (IJF) Paris-2024 Yay Olimpiya Oyunları ilə bağlı rəqəmləri təqdim edib.

İdman.biz xəbər verir ki dörd illiyin mötəbər idman yarışında 121 ölkədən 370 cüdoçu mübarizə aparacaq.

Kişilərin mübarizəsində 188, qadınlarda isə 182 atlet qələbə uğrunda qüvvəsini sınayacaq. Azərbaycan Olimpiadada 9 idmançı ilə təmsil olunacaq.

Kişilərdən ibarət millimizi Parisdə Balabəy Ağayev (60 kq), Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq), Zelim Tçkayev (81 kq), Elcan Hacıyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşanqi Kokauri (+100 kq) təmsil edəcəklər. Qadınların yarışında Leyla Əliyeva (48 kq) və Gültac Məmmədəliyeva (52 kq) tatamiyə çıxacaqlar.

Qeyd edək ki, Paris-2024 Yay Olimpiya Oyunları iyulun 26-dan avqustun 11-dək keçiriləcək.

İdman.biz