İspaniya toplanışında son gün

Xəbərlər
6 İyul 2024 13:00
229
İspaniya toplanışında son gün

Cüdo üzrə Azərbaycan millisi İspaniyada keçirilən beynəlxalq təlim-məşq toplanışını başa vurur.

İdman.biz xəbər verir ki, Avropa Cüdo İttifaqının Benidorm şəhərində təşkil etdiyi düşərgə Paris-2024 ərəfəsində son toplanışdır.

Bu gün başa çatacaq hazırlıq prosesində dünyanın aparıcı cüdoçuları, o cümlədən yığmamızın liderləri Hidayət Heydərovla Zelim Kotsoyev də iştirak edir. İdmançılar sparrinqlər keçirir və Olimpiada ərəfəsində formalarını möhkəmlədirlər.

Bu gün son məşqlər baş tutacaq. Toplanışdan sonra yığmamız Bakıya qayıdacaq.

Qeyd edək ki, gənclərdən ibarət millimiz də Benidormda hazırlıq keçir.

İdman.biz