Rüstəm Orucov Portuqaliyaya təlim-məşq toplanışına dəvət alıb

Xəbərlər
6 İyul 2024 16:49
304
Rüstəm Orucov Portuqaliyaya təlim-məşq toplanışına dəvət alıb

Portuqaliyada baş tutacaq təlim-məşq toplanışının qonağı Rüstəm Orucov olacaq.

İdman.biz xəbər verir ki, cüdoçuların beynəlxalq toplanışı Pireney ölkəsinin paytaxtı Lissabon yaxınlığındakı Larqo Da Kruz şəhərində keçiriləcək.

Hazırlıq prosesi avqustun 29-31-də təşkil olunacaq. Avropa Cüdo İttifaqı Komitəsinin üzvü olan Orucov da toplanışda iştirak edəcək.

Olimpiada, dünya və Avropa çempionatlarında medal qazanan həmyerlimiz təcrübəsini bölüşəcək.

İdman.biz