Cüdoçumuz Praqadan medalla qayıdır

Xəbərlər
7 İyul 2024 21:12
419
Cüdoçumuz Praqadan medalla qayıdır

Çexiyanın paytaxtı Praqada keçirilən gənclər arasında cüdo üzrə Avropa Kubokuna yekun vurulub.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançıları yarışı 1 medalla başa vurublar.

Son gündə 3 çəki dərəsində 7 cüdoçumuz tatamiyə çıxıb. Onlardan Aslan Kotsoyev (90 kq) fəxri kürsüdə yer alıb. O, bürünc medal qazanıb.

Davud Namazlı və İsmayıl Zamanov (hər ikisi +100 kq) 3-cü yer uğrunda görüşdə uduzaraq, Avropa kubokunu 5-ci pillədə başa vurub.

Qeyd edək ki, İtaliya (3-2-4) yığması turniri 1-ci, Braziliya (2-4-4) 2-ci, Gürcüstan (2-1-4) isə 3-cü pillədə başa vurub.

İdman.biz