Avropa kubokunun üçqat mükafatçısı olan cüdoçumuz vəfat edib

Xəbərlər
16 İyul 2024 23:42
1 114
Avropa kubokunun üçqat mükafatçısı olan cüdoçumuz vəfat edib

Cüdo məşqçisi Murad Heydərli vəfat edib.

İdman.biz xəbər verir ki, 27 yaşlı mütəxəssis beyin xəstəliyindən dünyasını dəyişib.

Gənclər arasında Avropa kubokunun üçqat bürünc mükafatçısı olan Murad Beynəlxalq Cüdo Federasiyası Akademiyasını bitirib. İdman ustası Heydərli "Abşeron" idman klubunun baş məşqçisi və rəhbəri olub.

Allah rəhmət eləsin!

İdman.biz