Avropa Cüdo İttifaqı: “Onu çox az idmançı mübarizədən kənarlaşdıra bilər”

Xəbərlər
17 İyul 2024 13:51
1 990
Avropa Cüdo İttifaqı: “Onu çox az idmançı mübarizədən kənarlaşdıra bilər”

Avropa Cüdo İttifaqı (EJU) Paris-2024 Yay Olimpiya Oyunlarına həsr olunan silsilə nəşrləri davam etdirir.

İdman.biz xəbər verir ki, qurumun mətbuat xidməti Azərbaycan millisinin lideri Hidayət Heydərovu da fərqləndirib.

Yazıda 73 kq çəki dərəcəsində qüvvələr nisbəti əksini tapıb: “Olimpiadaların qızıl, gümüş və bürünc medalı - bu, London-2012-nin çempion titulunu qazanaraq Gürcüstan cüdosunun tarixinə düşən Laşa Şavdatuşavilinin mükafat kolleksiyasıdır. Artıq dördüncü Olimpiadasına qatılacaq idmançı karyerasını bitirməkdən çox uzaqdır. Amma indi Şavdatuaşvilinin daha ciddi rəqibləri var. 73 kq çəki dərəcəsində lider Hidayət Heydərovdur. O, bu çəkidə liderə çevrilib və qələbə seriyasına malikdir. İndi onu çox az idmançı mübarizədən kənarlaşdıra bilər və onun küncündə 2008-ci ilin Olimpiya çempionu, məşqçi Elnur Məmmədli olacaq”.

Digər namizədlərdən danışan portal Soiçi Haşimotonu xüsusi qeyd edib: “Şohey Ono getdikdən sonra Haşimoto Yaponiya millisinin bir nömrəsi olub. O, dünya reytinqində ikinci yeri tutur. Niels Stump 2023-cü ildə İsveçrə yığmasının heyətində dünya çempionu titulunu qazansa da, zədə səbəbindən bir müddət yarışlardan kənar düşmək məcburiyyətində qalıb. Amma o, “Böyük Dəbilqə” turnirində qələbə ilə qayıtdı və dünya çempionatında üçüncü oldu. Onu Manuel Lombardo (İtaliya) izləyir. Paris-2024 66 kq çəki dərəcəsində olimpiya bürüncü qazanan braziliyalı Daniel Karnin üçün yeni çəkidə ilk olimpiya sınağıdır”.

İdman.biz

Məqalədə: