Azərbaycan cüdo millisi ilk “11-lik”də

Xəbərlər
18 İyul 2024 17:37
229
Azərbaycan cüdo millisi ilk “11-lik”də

Azərbaycan millisi Paris-2024 Yay Olimpiya Oyunlarının cüdo yarışlarında ən çox təmsilçisi olan 11 komanda arasında yer alıb.

İdman.biz xəbər verir ki, Parisdə 9 cüdoçumuz tatamiyə çıxacaq.

Bu göstəricidə komandamız ilk “11-lik”dədir. İspaniya da eyni sayda - 9 idmançı ilə çıxış edəcək.

Fransa ən çox cüdoçu ilə təmsil olunacaq. Meydan sahiblərinin 14 idmançısı tatamiyə çıxacaq. Siyahıda ikinci yeri Braziliya və Yaponiya (hər biri 13) bölüşür.

Qeyd edək ki, cüdo yarışı iyulun 27-də başlayacaq və avqustun 2-dək davam edəcək.

İdman.biz