Avropa Cüdo İttifaqı Elcan Hacıyevin istedadını fərqləndirib

Xəbərlər
19 İyul 2024 12:24
777
Avropa Cüdo İttifaqı Elcan Hacıyevin istedadını fərqləndirib

Avropa Cüdo İttifaqının (EJU) mətbuat xidməti Paris-2024 Yay Olimpiya Oyunlarına həsr olunan silsilə yazıları davam etdirir.

İdman.biz xəbər verir ki, qurum rəsmiləri bu dəfə 90 kq çəki dərəcəsində qüvvələr balansını qiymətləndirib.

EJU Azərbaycan millisinin cüdoçusu Elcan Hacıyevi də fərqləndirib. Olimpiadaların debütantı Fransa paytaxtında öz istedadı ilə seçiləcək: “Laşa Bekauri (Gürcüstan) Parisdə Olimpiya çempionluğunu qorumaq üçün mübarizə aparacaq. Olimpiadanın cüdo turnirinin beşinci günü tatamidə maraqlı mübarizə vəd edir. Gürcü cüdoçu və rəqibləri azarkeşlərə gərgin yarış həyəcanı yaşadacaq. Nemanya Majdov (Serbiya) son 7 ayda reytinqdə irəliləyərək Avropa çempionu adını qazanıb və dünya çempionatının finalına yüksəlib. Reytinqdə 5-ci olan Macarıstan təmsilçisi, Olimpiya bürüncünün sahibi Kristian Tot da qızıl arzusundadır. Parisdə səpələnmişlərdən olmayacaq istedadlar da tatamiyə çıxacaq. Onların arasında dünya çempionatının bürünc mükafatçısı Tristani Mosaxlişvili (İspaniya) və hazırkı Avropa çempionu Elcan Hacıyev də var”.

İdman.biz

Məqalədə: