Uşangi Kokauri: “Mən xaşı, şoru sevirəm” – MÜSAHİBƏ - VİDEO

Xəbərlər
19 İyul 2024 17:01
260
Uşangi Kokauri: “Mən xaşı, şoru sevirəm” – MÜSAHİBƏ - VİDEO

Azərbaycan millisinin cüdoçusu Uşangi Kokauri (+100 kq) federasiyanın mətbuat xidmətinə müsahibə verib.

İdman.biz xəbər verir ki, o, cüdoya, Azərbaycana gəlişi və gələcək hədəflərindən danışıb.

- Cüdoya gəlişiniz necə olub?

- Əvvəllər marağım boksa idi. 6 ilə yaxın boksa getmişəm. Amma görürdüm ki, bütün yaşıdlarım cüdo ilə məşquldur. Tək boksa getmək mənə darıxdırıcı idi deyə cüdoya keçdim. Bu mənim üçün daha maraqlı idi.

- Necə oldu ki, size bəyənib Azərbaycana gətirdilər?

- Məşq etməyim Rəşad Məmmədovun xoşuna gəldi. Məni Azərbaycana dəvət etdi. Sevindim və təklifi qəbul etdim.

- Xasiyyətinizlə bağlı nələr deyə bilərsiz?

- Adətən, deyirlər ki, iri cüssəli insanlar mülayim olur. Bəlkə də mülayimliyim ondan irəli gəlir. Təbii ki, məni arada qıcıqlandırmağa çalışırlar ki, daha effektiv güləşim. Bu, bəzən yaxşı alınır. Yarışlarda uduram və beləcə öz stilim yaranır.

- Azərbaycanda mətbəxi ilə aranız necədir?

- Mən xaşı, şoru sevirəm. Dostum Abdulhaqq Rəsullu Şamaxıdandır. Arada mənə şor gətirir. Azərbaycan mətbəxini çox sevirəm və mədəniyyətimizin bənzərliyi mənə çox xoş gəlir.

- Azərbaycanda sizə olan yanaşma necədir?

- Bir gürcü kimi azərbaycanlılarla dostluq etmək rahatdır. Çox dostcanlı insanlardır. Federasiya da mənə hər zaman dəstək olur. Məşqçilər mənimlə çox işləyirlər və bu məni çox sevindirir. Əlavə motivasiya verir ki, məqsədimə çata bilim.

- Olimpiya Oyunlarında uğurlu çıxış edəcəyinizə inanırsız?

- 2 dəfə Olimpiyadada iştirak etmişəm. Ola bilər ki, bu mənim son Olimpiya Oyunlarım olsun. Çox istəyirəm ki, uğurlu nəticə qazanım. Həm özümü, həm azarkeşləri, həm də Azərbaycanı sevindirim.

İdman.biz

Məqalədə: