“Judoinside” portalı: “Hidayət Heydərov əla formadadır”

Xəbərlər
19 İyul 2024 17:51
482
“Judoinside” portalı: “Hidayət Heydərov əla formadadır”

“Hidayət Heydərov əla formadadır”.

İdman.biz -in məlumatına görə, bu barədə nüfuzlu “Judoinside” portalı yazıb.

Olimpiadada 73 kq çəki dərəcəsində qüvvələr balansından bəhs edən sayt qeyd edib ki, azərbaycanlı idmançı öz kateqoriyasının lideridir: “Hidayət olimpiya çempionu Elnur Məmmədlinin rəhbərliyi altında əla vəziyyətə düşüb”.

Nəşr digər iddiaçılar haqqında da qeydlər sərgiləyib. Bildirilib ki, Laşa Şavdatuaşvili (Gürcüstan) dördüncü olimpiya medalını qazanmağa çalışan mühüm fiqurdur: “Yaponiyalı Soiçi Haşimoto Şohey Ononun gedişindən sonra diqqət mərkəzinə düşüb. 2023-cü ildə dünya çempionu adını qazanaraq tarix yazan İsveçrə təmsilçisi Nils Stamp 3-cü sırada yer alacaq. Bu kateqoriyada Olimpiya tsiklində ilk dəfə mübarizə aparan Manuel Lombardo (İtaliya) və Daniel Karqnin (Braziliya) də güclü iddiaçılardır”.

İdman.biz