EJU: “Kotsoyev çempionluğunu sübut edib”

Xəbərlər
20 İyul 2024 16:42
302
EJU: “Kotsoyev çempionluğunu sübut edib”

Avropa Cüdo İttifaqının (EJU) mətbuat xidməti Paris-2024 Yay Olimpiya Oyunlarına həsr olunan silsilə yazıları davam etdirir.

İdman.biz xəbər verir ki, qurum 100 kq çəki dərəcəsində qüvvələr nisbətini qiymətləndirib.

Azərbaycan idmançısı Zelim Kotsoyev də fərqləndirilib. Cüdoçumuz Parisə dünya çempionu kimi yollanacaq: “Dünya çempionatındakı inanılmaz uğurdan sonra Kotsoyev reytinqin zirvəsinə yüksəldi. O, liderdir və dəfələrlə çempionluğunu sübut edib. İlya Sulamanidze (Gürcüstan) ağır çəki dərəcəsində ən baxımlı döyüş texnikasına malik idmançılardan biridir. Kanadalı Şadi Elxanas və sabiq dünya çempionu Muzzarfarbek Turaboev (Özbəkistan) reytinqdə üçüncü və dördüncü sırada qərarlaşıblar. Son Olimpiya çempionu Aaron Volf (Yaponiya) səpələnmişlər sırasında deyil. Bu, səpələnmişlərdən biri üçün onunla görüş xoşagəlməz olacaq”.

Qeyd edək ki, Paris-2024 iyulun 26-da start götürəcək.

İdman.biz