Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə ilk dəfə 18 yaşa qədər yeniyetmələr arasında cüdo üzrə ne-vaza ACF Kuboku keçirilib.
İdman.biz xəbər verir ki, turnirdə 22 müxtəlif klub, cəmiyyət və idman təşkilatından 100-dən çox cüdoçu medallar uğrunda mübarizə aparıb.
Şağan Olimpiya İdman Komplesksində baş tutan yarışda oğlanlar arasında 8 çəki dərəcəsində qaliblər bəlli olub.
Ne-waza bilik və bacarıqları idmançılara görüşlər zamanı yerdə (parterdə) texnikalarını inkişaf etdirməyə və təkmilləşdirməyə kömək edir. Bu bacarıqlar fənddən yayınmaq və rəqibləri məğlub etmək üçün lazım olan effektiv strategiyanı dəstəkləyir.
Medalçıları təqdim edirik:
50 kq
1. Rahid Babayev
2. Əli Əliyev
3. Tural Davudov
3. Nazim Kamilov
55 kq
1. Bayram Orucov
2. Rərim Kərimli
3. Musa Allahverdiyev
3. Kənan Teymurlu
60 kq
1. Nihad Rəhimov
2. Zeyd Ələsgərov
3. Məhəmməd Əliyev
3. Sahib Ağabalayev
66 kq
1. Ümid Əbdülov
2. Hüseyn Şahmarlı
3. Kənan Məmmədov
3. Amin Cəfərzadə
73 kq
1. Şamil Sadiqov
2. Elnur Sultanov
3. Məhəmməd Ağakişiyev
3. Həşim Abbasov
81 kq
1. Əli Allahyarov
2. Cavid Bayramov
3. Mənsur Bayramov
3. Fəqan Məmmədli
90 kq
1. Canpolad Əliyev
2. Xalid İliyasov
3. Həzrət Əliyev
+90 kq
1. Cavidan Məsimov
2. Vidad Əliyev
3. Elşən Fərzəliyev
İdman.biz