Kişilər arasında ACF turunun üçüncü turnirinin NƏTİCƏLƏRİ - FOTO

Xəbərlər
25 İyul 2024 09:18
283
Kişilər arasında ACF turunun üçüncü turnirinin NƏTİCƏLƏRİ - FOTO

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə kişilər arasında ACF turunun üçüncü turniri keçirilib.

İdman.biz xəbər verir ki, Şağan Olimpiya İdman Kompleksində baş tutan yarışda 100-ə yaxın cüdoçu arasında 7 çəki dərəcəsində qaliblər bəlli olub.

Bu il üç belə turnirin keçirilməsi planlaşdırılıb və bu yarışlar nəticəsində formalaşacaq reytinq siyahısında ilk yeri tutan idmançılar beynəlxalq turnirlərdə iştirak hüququ qazanacaq.

Yarışın məqsədi kişi cüdoçular arasında rəqabət səviyyəsinin, onların ustalığının yüksəldilməsi və yarış təcrübələrinin artırılmasına nail olmaqdır. Eyni zamanda, istedadlı idmançıların aşkarlanması və milli yığma komandaya cəlb olunmasıdır.

60 kq
1. Hüseyn Allahyarov (Cüdo Klub 2012)
2. Babarəhim Mirzəyev (Qobustan)
3. Murad Gülməmmədov (Neftçi İdman Klubu Sumqayıt)
3. Sadiq Qurbanov (Naftalan)

66 kq
1. Nazir Talıbov (FHN İSK)
2. Rəşad Yelkiyev (Kanokan TT İdman Klubu)
3. Bəhram Qurbanlı (Atilla İdman Klubu)
3. Tofiq Əliyev (Metallurq Gəncə)

73 kq
1. Rüfət Şövlətov (Sərhədçi İdman Mərkəzi)
2. Nəriman Mirzəyev (Neftçi İdman Klubu Bakı)
3. Elnur Qasıllov (Atilla İdman Klubu)
3. Tariyel Şıxəliyev (Neftçi İdman Klubu Bakı)

81 kq
1. Zaməddin Poladov (DİN İC)
2. Asim Qulamzadə (Aydın Gənclər İdman Klubu)
3. Elcan Şəfiyev (Çevik İdman Klubu)
3. Əhməd Hüseynov (Gəncə şəhəri 1 UGİŞM)

90 kq
1. Musa Hüseynli (Kanokan TT İdman Klubu)
2. İbrahim Ağakişiyev (Neftçi İdman Klubu Bakı)
3. Xəyyam Əliyev (FHN İSK)

100 kq
1. Rəşadət Paşazadə (Bakı 13 İOEUGİM)
2. Şamil Qasımov (ACF)
3. Vidad Əliyev (Cüdo Klub 2012)

+100 kq
1. İmran Yusifov (Sərhədçi İdman Mərkəzi)
2. Camal Feyziyev (Neftçi İdman Klubu Bakı)
3. Qurban Məmmədli (Fərid İdman Klubu)

İdman.biz

Məqalədə: