Bakıda Braziliya, Portuqaliya və ABŞ iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir - FOTO

Xəbərlər
28 Sentyabr 2023 12:13
161
Bakıda Braziliya, Portuqaliya və ABŞ iştirakı ilə beynəlxalq təlim-məşq toplanışı keçirilir - FOTO

Sentyabrın 25-i Heydər Əliyev Böyük Dəbilqə turniri başa çatdıqdan sonra Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə Bakıda beynəlxalq təlim-məşq toplanışı keçirilir.

İdman.biz xəbər verir ki, sentyabrın 29-na qədər davam edəcək hazırlıq prosesində 100-dən çox idmançı iştirak edir.

Təlim-məşq toplanışına Azərbaycanın kişilərdən, gənc oğlanlardan və qadınlardan ibarət milli komandalarının üzvləri ilə yanaşı, Braziliya, Danimarka, Polşa, Portuqaliya, Rumıniya, ABŞ, Avstraliya, Slovakiya, Səudiyyə Ərəbistandan və digər ölkələrin cüdoçuları da qatılıb.

Təlim-məşq toplanışı 4-8 oktyabrda Portuqaliyada keçiriləcək gənclər arası dünya çempionatına hazırlıq məqsədi daşıyır. Eyni zamanda, bu təlim-məşq toplanışı böyüklərdən ibarət milli yığma komandanın noyabrın 3-5-i Fransada keçiriləcək Avropa çempionatına hazırlıqları üçün mühüm mərhələlərdən biridir.

İdman.biz