Dünya Turu: Azərbaycan medal siyahısında 9-cu yerdə qərarlaşıb

Xəbərlər
29 Sentyabr 2023 11:29
128
Dünya Turu: Azərbaycan medal siyahısında 9-cu yerdə qərarlaşıb

Nüfuzlu Judoinside portalı cari ilin Dünya Cüdo Turunda ölkələrin cüdoçularının çıxışlarının statistikasını yeniləyib.

İdman.biz-in məlumatına görə, seriyaya “Masters”, “Grand Slam”, Qran Pri və dünya çempionatı kimi ən böyük reytinq yarışları daxildir.

Azərbaycan cüdoçuları bu günə kimi mövsümün əvvəlindən Dünya Turu üzrə 29 mükafat qazanıblar - 6 qızıl, 11 gümüş və 12 bürünc.

“Böyük Dəbilqə” turnirinə ev sahibliyi etdiyimiz yarışda komanda üç dəfə Azərbaycan himnini səsləndirib. Burada Yaşar Nəcəfov (66 kq), Hidayət Heydərov (73 kq) və Zelim Tskayev (81 kq) birinci yeri tutublar.

Bundan əvvəl mövsüm ərzində qızıl medalları Parisdə keçirilən “Böyük Dəbilqə” yarışlarında birinci olmuş Balabəy Ağayev (60 kq), Tbilisidə analoji yarışın qalibi Turan Bayramov (60 kq) və Zelim Kotsoyev (100 kq) Təl-Əvivdə keçirilən analoji turnirində çempion olub.

Dünya Turunun ümumi reytinq cədvəlində komandamız İspaniya, Niderland, Almaniya, Monqolustan və bir çox başqa ölkələri qabaqlayaraq 9-cu yerdədir.

Yaponiya 22 qızıl, 14 gümüş və 17 bürünc medalla liderdir. Sonrakı yerlər Fransa (17-13-31) və Gürcüstan (11-8-10) tutur.

Zəki Feyzullayev

İdman.biz