Limaya 7 cüdoçu ilə

Xəbərlər
12 Avqust 2024 19:39
169
Limaya 7 cüdoçu ilə

Avqustun 28-31-də Perunun paytaxtı Limada yeniyetmələr arasında cüdo üzrə dünya çempionatı keçiriləcək.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması yarışda 7 cüdoçu ilə təmsil olunacaq.

Komandanın heyətində Bahadur Feyzullayev, Məhəmmədəli Hüsiyev (hər ikisi 50 kq), Nihad Məmişov (55 kq), Cəsur İbadlı (73 kq), Əli Qazıməhəmmədov, Mehdi Abbasv (hər ikisi 81 kq) и Sübhan Axundov (+90 kq) yer alıb.

Qeyd edək ki, dünya çempionatında 50-ə yaxın ölkənin cüdoçular mübarizə aparacaqlar.

İdman.biz