Hidayət Heydərov liderlər sırasında

Xəbərlər
20 Avqust 2024 14:39
2 474
Hidayət Heydərov liderlər sırasında

Mövsümün arxada qalan hissəsində ən çox qızıl medal qazanan cüdoçular bəlli olub.

İdman.biz xəbər verir ki, liderlər arasında Olimpiya çempionu Hidayət Heydərov (73 kq) da yer alıb.

Azərbaycan millisinin cüdoçusu bu il 4 dəfə fərqlənib. Bakıda keçirilən “Böyük Dəbilqə” turnirində birinci yeri tutan Hidayət Zaqrebdə Avropa çempionatının qalibi olub. O, Abu-Dabidə dünya çempionu adını da qazandıqdan sonra Parisdə olimpiya titulunu qazanıb.

Rekord isə əfsanəvi Teddi Rinerə məxsusdur. Fransalı ikisi Olimpiadada olmaqla 6 qızıl medal əldə edib.

Digər Olimpiya çempionu Barbara Matiçin (Xorvatiya) 5 qızıl medalı var. Parisdə fəxri kürsünün ən yüksək pilləsinə qalxan Krista Dequçi (Kanada) da daxil olmaqla, daha dörd cüdoçunun ən yüksək əyarlı 4 medala malikdir.

İdman.biz