Hidayət Heydərov zirvədə, Zelim Kotsoyev 2-ci sırada

Xəbərlər
22 Avqust 2024 14:30
3 124
Hidayət Heydərov zirvədə, Zelim Kotsoyev 2-ci sırada

Olimpiya çempionu Hidayət Heydərov (73 kq) dünya reytinqinin mütləq lideridir.

İdman.biz xəbər verir ki, idmançımız topladığı reytinq xallarının sayına görə bütün çəki dərəcələri üzrə çıxış edən cüdoçular arasında birinci pilləni qoruyur.

Onun aktivində 10004 xal var. Parisdəki qələbə Hidayətə 2200 xal qazandırıb.

İkinci yerdə digər Olimpiya çempionumuz Zelim Kotsoyev (100 kq) qərarlaşıb. Onun hesabında 8512 xal var. Yay Oyunlarında qazanılan 2200 xal cüdoçumuzun ikinci yerə yüksəlməsinə kömək edib.

Üçüncü yerdə gürcüstanlı Olimpiya çempionu Tato Qriqalaşvili (81 kq) qərarlaşıb. Onun 8335 xalı var.

İdman.biz