Cüdo üzrə dünya turu üçün YENİ LOQO

Xəbərlər
3 Sentyabr 2024 17:44
127
Cüdo üzrə dünya turu üçün YENİ LOQO

Beynəlxalq Cüdo Federasiyası (IJF) dünya turu üçün yenilənmiş loqonu təqdim edib.

İdman.biz xəbər verir ki, bu aydan etibarən “Böyük dəbilqə”, qran-pri və “Masters” turnirlərinin yer aldığı reytinq yarışları silsiləsi başlayacaq.

Sentyabrın 13-15-də Azərbaycan da daxil olmaqla, 40 ölkənin komandaları Zaqreb qran-prsində güclərini sınayacaq. İlin sonuna qədər “Böyük dəbilqə” yarışları Abu Dabidə (11-13 oktyabr), habelə analoji turnir Tokioda (7-8 dekabr) keçiriləcək.

İdman.biz

Məqalədə: