EJU yeniyetmələrimizin potensialını yüksək qiymətləndirir

Xəbərlər
4 Sentyabr 2024 14:02
146
EJU yeniyetmələrimizin potensialını yüksək qiymətləndirir

Avropa Cüdo İttifaqı (EJU) sentyabrın 5-dən 8-dək Estoniyanın paytaxtı Tallində keçiriləcək gənclər arasında Avropa çempionatında +100 kq çəkidə mübarizə aparacaq Kənan Nəsibov və Ramazan Əhmədovun medallara iddialı olduqlarını açıqlayıb.

İdman.biz xəbər verir ki, qurum Azərbaycan idmançılarının potensialını yüksək qiymətləndirir.

“+100 kq çəki dərəcəsində İbrahim Tataroğlu (Türkiyə) 2023-cü ildə gənclər arasında dünya çempionatının gümüş mükafatçısıdır. Lakin Kənan Nəsibov bu vəzifəyə iddialı olduğundan, türkiyəli bu çəkidə lider deyil. Onun azərbaycanlı komanda yoldaşı Ramazan Əhmədov ötən il yeniyetmələrin Avropa çempionatının qalibi olub. O, yeniyetmələrin turnirində öz izini qoymağa çalışacaq”, - EJU saytı vurğulayıb.

İdman.biz

Məqalədə: