Azərbaycan yığması Zaqrebə 12 cüdoçu ilə yollanır

Xəbərlər
5 Sentyabr 2024 19:09
830
Azərbaycan yığması Zaqrebə 12 cüdoçu ilə yollanır

Cüdo üzrə Azərbaycan yığmasının Zaqreb Qran-prisində iştirak edəcək heyəti müəyyənləşib.

İdman.biz xəbər verir ki, ölkəmiz Xorvatiya paytaxtında 10 kişi və 2 qadın cüdoçu ilə təmsil olunacaq.

Kişilərin yarışında 10 cüdoçu 6 çəkidə dərəcəsində mübarizə aparacaq. Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Ömər Rəcəbli, Zaməddin Poladov (hər ikisi 81 kq), Vüqar Talıbov (90 kq) və İmran Yusifov (+100 kq) tatamiyə çıxacaq.

Qadınların yarışında isə Aydan Əliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq) ölkəmizin şərəfini qoruyacaq.

Qeyd edək ki, Zaqreb Qran-prisi sentyabrın 13-15-də keçiriləcək.

İdman.biz