Avropa çempionatı: Aslan gümüş, Şamillə Kənan isə bürünc medal qazanıb - FOTO

Xəbərlər
7 Sentyabr 2024 17:59
732
Avropa çempionatı: Aslan gümüş, Şamillə Kənan isə bürünc medal qazanıb - FOTO

Estoniyanın Tallin şəhərində cüdo üzrə gənclər arasında Avropa çempionatı davam edir.

İdman.biz xəbər verir ki, 3-cü yarış günündə 4 çəkidə qaliblər müəyyənləşir.

Azərbaycanın 6 cüdoçusu tatamiyə çıxıb.

Avropa çempionatı
Qızların yarışı
+78 kq

1/8 finalda mübarizəyə başlayacaq Nigar Süleymanovanın rəqibi fransalı Selia Cancan olub. Rəqibinə uduzan Nigar mübarizəni erkən dayandırıb.

Oğlanların yarışı
90 kq

Aslan Kotsoevin ilk olaraq Alsksandru Sibisanı (Rumıniya) daha sonra isə Miçe Velteri (Lüksemburq) yolundan uzaqlaşdırıb. 1/4 finalda sloveniyalı Oleksi Boldyriedən üstün olan Aslan yarımfinala yüksəlib. Burda onun rəqibi Henry Ovusu (İtaliya) olub. Rəqibinə qalib gələn Kotsoev finalda Milyan Raduljla (Serbiya) ilə qarşşılaşıb. Mübarizədən serbiyalı cüdoçu qalib ayrılıb.

Tuncay Şamil Kiril Volkov (Litva) və Kristiano Minçinezidən (İtaliya) üstün olsa da 1/4 finalda serbiyalı Milyan Radulja uduzub. Şamil bürünc uğrunda təsəlliverici görüşdə xorvatiyalı Borna Butuyevi üstələyib. O, italiyalı Henry Ovusunu da məğlub edərək bürünc medala sahib olub.

100 kq
İlk mərhələdən güləşməyə başlayan Azad Bağırov Frantizel Lhotzkini (Çexiya) məğlub edib. O 1/8 finalda fransalı Makenze Bordinlə bacarmayıb.

+100 kq
1/8 finalda mübarizəyə qoşulan Kənan Nəsibov Fedir Yarosenkoya (Ukrayna) qalib gəlib. O daha sonra komanda yoldaşı Ramazan Əhmədovu məğlub edib. Kənanın yarımfinalda rəqibi İbrahim Tataroğluya (Türkiyə) uduzub. O, bürünc medal uğrunda görüşdə rəqibi çexiyalı Tomas Raskaya qalib gələrək fəxri kürsiyə qalxıb.
Ramazan Əhmədov isə litvalı Armandas Vaskasdan güclü olub. 1/4 finalda Kənana uduzan Ramazan bürünc medal uğrunda təsəlliverici görüşdə Saba Kardavaya (Gürcüstan) uduzub.

Qeyd edək ki, Avropa çempionatında Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq), Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) gümüş medal qazanıb.

İdman.biz

Məqalədə: