EJU-dan Azərbaycan mütəxəssislərinə etimad - FOTO

Xəbərlər
7 Sentyabr 2024 14:55
114
EJU-dan Azərbaycan mütəxəssislərinə etimad - FOTO

Estoniyanın paytaxtı Tallində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında üç azərbaycanlı mütəxəssis müxtəlif vəzifələrdə fəaliyyət göstərir.

İdman.biz xəbər verir ki, yarışda Olimpiya mükafatçısı Rüstəm Orucov idman komissarı, Əməkdar məşqçi, Əməkdar bədən tərbiyəsi və idman xadimi Əli Dəvrişov informasiya texnologiyaları üzrə təşkilat komitəsinin üzvü, Azərbaycanın cüdo üzrə milli yığmalarının baş həkimi Ramil Vəliyev isə komissar həkim qismində iştirak edir.

Qeyd edək ki, Rüstəm Orucov, Əli Dəvrişov və Ramil Vəliyev daha əvvəl də Avropa Cüdo Birliyi tərəfindən yarışlara cəlb olunub.

İdman.biz

Məqalədə: