Cüdo yığmamız Avropa çempionu olub - FOTO

Xəbərlər
8 Sentyabr 2024 17:41
960
Cüdo yığmamız Avropa çempionu olub - FOTO

Bu gün Tallində (Estoniya) gənclər arasında cüdo üzrə Avropa çempionatında qarışıq komanda yarışları başa çatıb.

İdman.biz xəbər verir ki, Azərbaycan yığması turnirin qalibi olub.

Millimiz mübarizəyə 1/8 finalda Bolqarıstanla start verib və rəqibini 4:1 hesabı ilə məğlub edib. Növbəti görüşdə cüdoçularımız Türkiyə ilə üz-üzə gəliblər. təmsilçilərimiz 4:0 hesabı ilə üstün olaraq, yarımfinala vəsiqə qazanıblar. Burada Niderlanddan 4:2 hesabı ilə güclü olan yığmamız adını finala yazdırıb.

Komandaməz həlledici görüşdə Fransa ilə qarşılaşıb. 4:3 hesabı ilə qələbə qazanan millimiz Avropa çempionu tituluna yiyələnib. Finalda Vüsal Qələndərzadə (73 kq), Alan Kotsoyev (100 kq), Kənan Nəsibov (+100 kq) qələbə qazanıb, Fidan Əlizadə (57 kq), Pərvanə Abdullayeva (70 kq) və Nigar Süleymanova (+78 kq) isə uduzub. Nəticədə qalibi müəyyən etmək üçün həlledici görüş keçirilib və Fidan rəqibini məğlub edərək, ölkəmizin qızıl medal qazandırıb.

Qeyd edək ki, komandamız dörd qızıl, iki gümüş və iki bürünc medal qazanaraq fərdi Avropa çempionatının ümumi hesabında birinci yeri tutub. Vüsal Qələndərzadə (73 kq), Süleyman Şükürov (81 kq), Könül Əliyeva (48 kq) və Fidan Əlizadə (57 kq) qızıl, Nizami İmranov (60 kq) və Aslan Kotsoev (90 kq) gümüş, Tuncay Şamil (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.

İdman.biz