İmamverdi Məmmədov: "Bu, tarixi qələbədir" - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 08:29
141
İmamverdi Məmmədov: "Bu, tarixi qələbədir" - VİDEO

"Bu vaxta qədər Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı".

İdman.biz xəbər verir ki, bunu qadın cüdoçulardan ibarət Azərbaycan millisinin məşqçisi İmamverdi Məmmədov qarşılanma mərasimində deyib.

O, Estoniyanın Tallin şəhərində keçirilən cüdo üzrə gənclər arasında Avropa çempionatında komandasının çıxışını dəyərləndirib.

Məmmədov bildirib ki, fərdi yarışlarda iki qadın cüdoçu çempion olub: “Bunlar Könül Əliyeva (48 kq) və Fidan Əlizadədir (47 kq). Komanda yarışlarında da yüksək nəticə əldə edərək, birinci olduq. Həlledici görüşdə fransızlarla mübarizədə hesab 3:3 idi. Bütün əziyyət Fidanın üzərinə düşmüşdür. O da əlavə vaxtda 8 dəqiqə 19 saniyə güləşərək fənd işlətdi, bununla da komandamıza qələbə qazandırdı. Bu, tarixi qələbədir. Bu vaxta qədər Azərbaycanın qarışıq komandasında belə bir nəticə olmamışdı”.

Banuçiçək Hüseynli
İdman.biz