Cüdo Federasiyası Gəncədə master-klass keçib - VİDEO

Xəbərlər
10 Sentyabr 2024 12:32
129
Cüdo Federasiyası Gəncədə master-klass keçib - VİDEO

Azərbaycan Cüdo Federasiyası Gəncə şəhərində master-klass təşkil edib.

İdman.biz xəbər verir ki, təbir Gəncə Şəhər İcra Hakimiyyətinin və Gəncə-Daşkəsən Regional Gənclər və İdman İdarəsinin dəstəyi ilə keçirilib.

Milli kata komandasının üzvü Samir İsmayılov və digər təcrübəli idmançılar uşaqlara və yeniyetmələrə müxtəlif cüdo fəndlərini nümayiş etdiriblər və onları göstərilən fəndləri sınamağa çağırıblar.

Eyni zamanda, iştirakçılar üçün viktorina keçirilib və qaliblərə hədiyyələr təqdim olunub.

İdman.biz

Məqalədə: