Avropa Cüdo İttifaqı (EJU) Zaqrebdə keçiriləcək Qran-pridə uğur qazanmaq ehtimalı yüksək olan idmançılar barəsində yazı hazırlayıb.
İdman.biz xəbər verir ki, yazıda azərbaycanlı cüdoçu Turan Bayramov (60 kq) xüsusi yer verilib.
Turanın öz çəkisində reytinq favoriti olduğu bildirilib: "Turan Olimpiya Oyunların yollanmaq uğrunda komanda yoldaşı Balabəy Ağayevlə yarışsa da, məqsədinə çata bilməyib. İndi o öz çəkisində Qran-prinin favoritləri arasında yer alır. Dünya reytinqində 17-ci pillədə yer alan Bayramov qələbəyə əsas namizədlərdən sayılır".
Qeyd edək ki, Xorvatiya paytatındakı Qran-pri sentyabrın 13-15-də təşkil olunacaq.
İdman.biz