Avropa Cüdo İttifaqı: “Azərbaycan Zaqrebə güclü komanda göndərir”

Xəbərlər
11 Sentyabr 2024 11:48
141
Avropa Cüdo İttifaqı: “Azərbaycan Zaqrebə güclü komanda göndərir”

Avropa Cüdo İttifaqı (EJU) sentyabrın 13-15-də Zaqrebdə keçiriləcək Qran-pridə Vüqar Talıbovun (90 kq) perspektivlərini qeyd edib.

İdman.biz xəbər verir ki, Azərbaycan idmançısı öz kateqoriyasında reytinq favoriti olacaq.

“Azərbaycan Zaqrebə güclü heyət göndərir. 90 kq-a qədər çəkidə isə komanda, şübhəsiz, növbəti olimpiadada təmsil olunacaq. Amma bu həftə kateqoriyaya cavabdehlik Vüqar Talıbovda olacaq. Əsas heyətə düşməyə çalışan digər gənc istedadlar - Peter Şafrani (Macarıstan), Georgi Jabniaşvili (Gürcüstan) və Mark van Deyk (Hollandiya) də Vüqara qoşulacaq,” - deyə EJU vurğulayır.

Qeyd edək ki, Qran-pridə 10 cüdoçumuz çıxış edəcək: Turan Bayramov, Əhməd Yusifov (hər ikisi 60 kq), Ruslan Paşayev, Nazir Talıbov (hər ikisi 66 kq), İbrahim Əliyev, Nəriman Mirzəyev (hər ikisi 73 kq), Zaməddin Poladov (81 kq), Vüqar Talıbov (90 kq), Aydan Vəliyeva (52 kq) və Aytac Qardaşxanlı (63 kq).

İdman.biz

Məqalədə: