Zaqreb Qran-prisi: İlk gündə 1 gümüş, 2 bürünc

Xəbərlər
13 Sentyabr 2024 20:36
997
Zaqreb Qran-prisi: İlk gündə 1 gümüş, 2 bürünc

Bu gün cüdo üzrə Zaqreb Qran-prisinə start verilib.

İdman.biz xəbər verir ki, turnirin ilk günündə 3 çəkidə 5 cüdoçumuz tatamiyə çıxıb.

Kişilərin yarışında 4, qadınlarda isə 1 təmsilçimiz qüvvəsini sınayıb.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər
60 kq

Əhməd Yusifov ilk mərhələdə Macarıstan cüdoçusu Marton Andrassinini, 1/8 finalda isə belçikalı Olivier Naerti məğlub edib. Yusifov 1/4 finalda Lior Rafailovdan (İsrail) da üstün olub. Əhməd yarımfinalda komanda yoldaşı Turan Bayramovdan da üstün olaraq finala yüksəlib. Cüdoçumuz qızıl medal uğrunda Şerzod Davlatova (Qazaxıstan) uduzaraq, gümüş qazanıb.

Turan Bayramov 1/8 finalda Qabin Supervilldən (Fransa) güclü olub. Bayramov 1/4 finalda Daniel Leutgebə (Avstriya) də qalib gələrək yarımfinala yüksəlib. Yarımfinalda Əhməd Yusifova uduzan Turanın bürünc medal uğrunda görüşdə rəqibi Artem Lesyuk (Ukrayna) qalib gəlib.

66 kq
Ruslan Paşayev 1/8 finalda Dani Klaçarı yolundan uzaqlaşdırıb. O 1/4 finalda irailli Eran Fiksdən də üstün olub. Ruslanın yarımfinalda Maykl Frayerə (Böyük Britaniya) uduzub. Paşayev bürünc uğrunda Balint Qombasla (Macarıstan) güləşüb. Qələbə qazanan cüdoçumuz fəxri kürsünün 3-cü pilləsində yer alıb.

Nazir Talıbov ilk mərhələdə İsaya Ramiresə (ABŞ) qalib gəlib. O, 1/8 finalda gürcüstanlı Tenqo Ziraqaşviliyə uduzaraq mübarizəni dayandırıb.

Qadınlar
52 kq

Aydan Vəliyeva 1/8 finalda kosovolu Erza Muminoviqini məğlub edib. Vəliyeva 1/4 finalda Roza Qyertyasla (Macarıstan) bacarmayıb. Aydan bürünc medal uğrunda təsəlliverici görüşdə Lapuerta Komasa qalib gəlib. Vəliyeva bürünc uğrunda görüşdə Tereza Bodnarovaya (Çexiya) uduzub.

Qeyd edək ki, turnirdə ölkəmiz 10 cüdoçu ilə təmsil olunub.

İdman.biz

Məqalədə: