14 cüdoçumuz Avropa Açıq Kubokunda

Xəbərlər
13 Sentyabr 2024 14:47
343
14 cüdoçumuz Avropa Açıq Kubokunda

Cüdo üzrə Azərbaycan yığması sentyabrın 28-29-da Praqada (Çexiya) keçiriləcək Avropa Açıq Kubokunda iştirak edəcək.

İdman.biz xəbər verir ki, iştirak ərizəsində 14 idmançının adı yer alıb.

6 çəkidə tatamiyə çıxacaq milimizin cüdoçuları yalnız kişilərin yarışında mübarizə aparacaq.

Avropa Açıq Kuboku
60 kq

Babarahim Mirzəyev
Hüseyn Allahyarov
Rövşən Əliyev

66 kq
Elşən Əsədov
Mehdi Cəfərov
Rəşad Elkiyev

73 kq
Rüfət Şövlatov
İbrahim Əliyev
Nəriman Mirzəyev

90 kq
Musa Hüseynli
İbrahim Ağakişiyev

100 kq
Nihad Şıxəlizadə

+100 kq
Camal Qəmzətxanov
İmran Yusifov

Qeyd edək ki, turnirdə 32 ölkədən 407 cüdoçu qalib adı uğrunda mübarizə aparacaq.

İdman.biz

Məqalədə: