Zaqreb Qran-prisi: İbrahim Əliyev beşinci yerlə kifayətlənib

Xəbərlər
14 Sentyabr 2024 20:32
175
Zaqreb Qran-prisi: İbrahim Əliyev beşinci yerlə kifayətlənib

Cüdo üzrə Zaqrebdə Qran-prisi davam edir.

İdman.biz xəbər verir ki, turnirin ikinci günündə Azərbaycanın dörd idmançısı tatamiyə çıxıb.

Kişilərin mübarizəsində 3, qadınlarda isə 1 cüdoçumuz medallar uğrunda yarışır.

Cüdo: Zaqreb Qran-prisi
Kişilər
73 kq

1/16 final mərhələsindən güləşməyə başlayacaq Nəriman Mirzəyevin ilk rəqibi Yehonatan Elbaza (İsrail) uduzub.

Eyni mərhələdən güləşməyə başlayan İbrahim Əliyev isə Bruno Bermeonu (Ekvador) məğlub edib. Əliyev 1/8 finalda Orlando Kazorladan (Fransa) üstün olub. İbrahim 1/4 finalda Robert Klaçara (Xorvatiya) da heç bir şans verməyib. Cüdoçumuzun yarımfinalda Daniel Szegeniyə (Macarıstan) uduzub. İbrahim bürünc uğrunda görüşdə rəqibi Zelemxan Batçayevlə (Belçika) də bacarmayıb.

81 kq
Zaməddin Poladov ilk mərhələdə Mixailo Svidraka (Ukrayna) məğlub olub.

Qadınlar
63 kq

Aytac Qardaşxanlının ilk mərhələdə Skay Knesteri (CAR) məğlub edib. O, 1/8 finalda Manon Deketertə (Fransa) uduzub.

Qeyd edək ki, Qran-prinin ilk günündə komandamızın üç medal qazanıb. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Poladov (66 kq) isə bürünc medal əldə edib.

İdman.biz

Məqalədə: