Zaqreb Qran-prisi: Vüqar Talıbov 1/4 finalda uduzub

Xəbərlər
15 Sentyabr 2024 15:47
113
Zaqreb Qran-prisi: Vüqar Talıbov 1/4 finalda uduzub

Zaqrebdə keçirilən cüdo üzrə Qran-pri bu gün başa çatıb.

İdman.biz xəbər verir ki, turnirin üçüncü günündə bir cüdoçumuz tatami üzərinə çıxıb.

Vüqar Talıbov (90 kq) mübarizəyə ikinci mərhələdən başlayıb. O, ilk görüşdə Qustavo Assisə (Braziliya) qalib gəlib. Vüqar 1/4 finalda Mark Van Diyklə görüşüb və məğlub olub.

Qeyd edək ki, Qran-pridə komandamızın üç mükafatı var. Əhməd Yusifov (60 kq) gümüş, Turan Bayramov (60 kq) və Ruslan Paşayev (66 kq) isə bürünc medal qazanıblar.

İdman.biz