Bayramov ilk 12-likdə, Heydərov və Kotsoyev liderdir - DÜNYA REYTİNQİ

Xəbərlər
16 Sentyabr 2024 17:25
959
Bayramov ilk 12-likdə, Heydərov və Kotsoyev liderdir - DÜNYA REYTİNQİ

Zaqrebdə keçirilən Qran Pridən sonra Beynəlxalq Cüdo Federasiyası dünya reytinqini yeniləyib.

İdman.biz xəbər verir ki, bürünc mükafatçı Turan Bayramov (60 kq) beş pillə yüksələrək 12-ci pillədə qərarlaşıb.

Turnirin finalçısı Əhməd Yusifov isə 3 xalı hesabına əlavə edərək 31-ci yerdədir. Bu çəkidə ən yaxşı cüdoçumuz Balabəy Ağayevdir - 7-ci yer.

Qran Prinin bürünc mükafatçısı Ruslan Paşayev (66 kq) səkkiz pillə irəliləyərək 36-cı, Yaşar Nəcəfov isə 21-cidir.

Olimpiya çempionları Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) liderliklərini qoruyub saxlayırlar.

Zelim Tskayev (81 kq) 8-ci yerdədir, 90 kq-a qədər çəkidə isə Elcan Hacıyev və Murad Fətiyev siyahıda qonşudurlar: olimpiada iştirakçısı 15-ci, komanda yoldaşı isə 16-cıdır.

Uşanqi Kokauri (+100 kq) bir pillə itirərək ilk 14-lüyü tamamlayır.

Qadınlar arasında Leyla Əliyeva (48 kq) 18-ci yerdə qərarlaşıb, 52 kq-a qədər çəki dərəcəsində isə Gültac Məmmədəliyeva və Aydan Vəliyeva bir-birinin ardınca qərarlaşıblar: birinci 28, ikinci isə 29-cudur.

İdman.biz

Məqalədə: