Serbiyalı cüdoçuya olimpiadadakı hərəkətinə görə diskvalifikasiya

Xəbərlər
17 Sentyabr 2024 00:08
228
Serbiyalı cüdoçuya olimpiadadakı hərəkətinə görə diskvalifikasiya

Serbiyalı cüdoçu Nemanya Maydov xaç işarəsi nümayiş etdirdiyinə görə 5 aylıq diskvalifikasiya ilə üzləşib.

İdman.biz xəbər ki, bu barədə idmançı sosial şəbəkədə paylaşım edib.

90 kq çəki dərəcəsində mübarizə aparan Maydov Paris-2024 Yay Olimpiya Oyunlarında etdiyi hərəkətə görə cəza alıb. Beynəlxalq Cüdo İttifaqı (İJF) dini kodeksi pozduğunu görə cüdoçunun diskvalifikasiya olunduğu bildirib. O, 5 ay ərzində bütün yarışlar və qurum təşkil etdiyi təlim-məşq toplanışlarında kənarda qalıb. Nemanya hərəkətinə görə üzr istəmək niyyətində olmadığı deyib.

Qeyd edək ki, serbiyalı olimpiyaçı Fransa paytaxtında ilk görüşdə uduzaraq, mübarizəni dayandırıb.

İdman.biz