Olimpiadadakı davranışına görə 6 ay cəza

Xəbərlər
19 Sentyabr 2024 00:09
996
Olimpiadadakı davranışına görə 6 ay cəza

Gürcüstanlı cüdoçu Quram Tuşişvili Paris-2024 Olimpiadasındakı davranışına görə diskvalifikasiya olunub.

İdman.biz xəbər verir ki, bu barədə Avropa Cüdo İttifaqı (İJF) məlumat yayıb.

Tuşişvili Olimpiya Oyunlarının 1/4 finalında fransalı rəqibini itələyərək qeyri-idman hərəkətinə yol verib. O, bu davranışına görə 6 ay qurumun təşkil edəcəyi yarışlardan kənarlaşdırılıb. Gürcü cüdoçu fevralın 25-də tatamiyə dönə biləcək.

Qeyd edək ki, İJF bir gün əvvəl serbiyalı Nemanya Maydovu da 6 ay diskvalifikasiya edib.

İdman.biz