Hans van Essen: "Heydərovun zirvəyə uzun yolu..."

Xəbərlər
19 Sentyabr 2024 15:14
421
Hans van Essen: "Heydərovun zirvəyə uzun yolu..."

AIPS - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının cüdo nümayəndəsi Hans van Essen təşkilatın saytındakı məqaləsində Azərbaycan cüdosundan da bəhs edib.

İdman.biz xəbər verir ki, müəllif “Cüdoda dəyişikliklər: aktual problemlər” məqaləsində yazır:

"Bir neçə ölkə Paris Olimpiadasındakı uğurlarından əhəmiyyətli təkan alıb. Məsələn, Azərbaycan Hidayət Heydərov və Zelim Kotsoyevin sayəsində iki qızıl medal qazanıb. Azərbaycanda cüdo illərlə aparılan düzgün siyasət və investisiya sayəsində bütün yaş kateqoriyalarında artıq ən yüksək səviyyədə idi”.

Müəllif yazısında belə davam edir:

“Parisdən gələn çempionlar valehedici hekayələri olan əsl simvollardır: Smetovun dözümlülüyü, Heydərovun zirvəyə uzun yolu, Bekaurinin alovlu arzusu, Matiçin yüksəlişi, Andreya Leşkinin sloven möcüzəsi və Krista Dequçinin Kanadadakı daxili mübarizəsi nəticədə qızıla gətirib çıxardı. Azərbaycanda, Kanadada və hətta İtaliyada əldə olunan uğurlardan da göründüyü kimi, cüdonun “işgüzar təşkilatı”nda əsas fiqurlar önəmlidir".

İdman.biz