Avropa Cüdo İttifaqı təqvimdə dəyişiklik edib

Xəbərlər
20 Sentyabr 2024 14:32
199
Avropa Cüdo İttifaqı təqvimdə dəyişiklik edib

Avropa Cüdo İttifaqı (EJU) cari təqvimdə bəzi düzəlişlər edib.

İdman.biz xəbər verir ki, oktyabrın 30-dan 4-dək Bratislavada (Slovakiya) keçirilməsi nəzərdə tutulan təlim-məşq toplanışı ləğv edilib.

Lakin oktyabrın 14-19-da Malaqada (İspaniya) beynəlxalq təlim-məşq toplanışı qüvvədə qalır.

Qeyd edək ki, EJU-nun təşkilatçılığı ilə baş tutacaq təlimlərdə müxtəlif ölkələrin komandaları iştirak edəcək.

İdman.biz

Məqalədə: