Laslo Tot: "Avropa Paris Olimpiadasında özünü ən yaxşı tərəfdən göstərdi"

Xəbərlər
21 Sentyabr 2024 13:02
194
Laslo Tot: "Avropa Paris Olimpiadasında özünü ən yaxşı tərəfdən göstərdi"

Avropa Cüdo İttifaqı (EJU) noyabrın 23-də Budapeştdə keçiriləcək konqresinə hazırlıqlara başlayıb.

İdman.biz xəbər verir ki, bu məqsədlə qurumun prezidenti Laslo Tot baş katib Martin Poigerlə görüş keçirib.

O, qarşıdakı konqres, eləcə də İcraiyyə Komitəsinin Tallinndə keçiriləcək iclasının əsas mövzularından danışıb.

“Biz qarşıda duran problemləri birlikdə həll etmək istəyirik. EJU tədbirlərinin keyfiyyəti və kəmiyyəti son illərdə əhəmiyyətli dərəcədə artmışdır. Avropa federasiyalarının olimpiadada uğurları da heyranedicidir: qarışıq komanda da daxil olmaqla 8 qızıl medal, Avropanın 17 ölkəsindən 35 mükafat. Parisdə keçirilən Olimpiya oyunlarında özümüzü ən yaxşı tərəfdən göstərdik. Biz bu uğurlu kursu bütün sahələrdə davam etdirmək istəyirik”, - deyə Tot vurğulayıb.

Görüş zamanı Poiger də baş katib kimi yeni müddətə namizədliyini irəli sürməyə hazır olduğunu bildirib.

İdman.biz

Məqalədə: