Adaptiv cüdo dərsləri - FOTO

Xəbərlər
23 Sentyabr 2024 12:20
59
Adaptiv cüdo dərsləri - FOTO

İyuldan start götürən BP Azərbaycan şirkəti və Azərbaycan Cüdo Federasiyasının birgə həyata keçirdiyi Adaptiv Cüdo proqramı davam edir.

İdman.biz xəbər verir ki, proqramın məqsədi daun sindromu, autizmi və xüsusi qayğıya ehtiyacı olan uşaqların adaptiv cüdo təcrübəsi vasitəsilə sosial inteqrasiyasını təşviq etmək və onların özünə inamını artırmaqdır.

Cüdonun əsas dəyərlərini aşılamaqla, proqram fiziki aktivliyi və əqli sağlamlığı inkişaf etdirir.

Cüdo üzrə milli komandalar üçün təlim-məşq mərkəzində keçirilən dərslərdə daun sindromlu və autizmi olan uşaqlar da daxil olmaqla, 10 nəfər iştirak edir.

BP-nin dəstəyi ilə federasiya bu sahədə daha çox ixtisaslaşmaq üçün məşqçilərin adaptiv cüdo üzrə seminar və təlim-məşq toplanışlarında iştirakını təmin edib. Məşqçilər bu sahədə peşəkar təlimlər almaq məqsədi ilə Niderland və Xorvatiyada keçirilən məşqçilik seminarları və adaptiv cüdo turnirlərində iştirak ediblər.

ACF adaptiv cüdonu inkişaf strategiyasının əsas istiqamətlərindən biri kimi müəyyən edərək, gələcəkdə adaptiv cüdo iştirakçılarının və bu sahədə ixtisaslaşmış məşqçilərin sayını artırmağı planlaşdırır.

İdman.biz

Məqalədə: